Gəncədə iki avtomobil toqquşub

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın verdiyi məlumata görə hadisə şəhərin Qaraçılar küçəsində baş verib. Hərəkətdə olan “VAZ2107” markalı avtomobilin “Chevrolet”-ə çırpılması nəticəsində “VAZ”-da olan bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə