Tovuz sakininin üzərinə ağac aşıb

Tovuz sakininin üzərinə ağac aşıb

Tovuz sakininin üzərinə ağac aşıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kirən kəndində baş verib.

Güclü küləyin qırdığı ağac kənd sakini 1995-ci il təvəllüdlü Fəridə Yusifovanın üzərinə düşüb. Bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə