Goranboyda mal-qara oğurlayan şəxs saxlanılıb

Goranboyda mal-qara oğurlayan şəxs saxlanılıb

Goranboyda 4 baş iribuynuzlu mal-qara oğurlayan şəxs saxlanılıb. APA-nın Qərb bürosunun məlumatına görə, rayon Polis Şöbəsinə Borsunlu kəndində dəyəri 5200 manat olan 4 baş iribuynuzlu mal-qaranın oğurlanması barədə məlumat daxil olub. Aparılan araşdırmalar zamanı məlum olub ki, oğurluq hadisəsi həmin kəndin sakini 1961-ci il təvəllüdlü Qarayev Etibar Ələddin oğlu tərəfindən törədilib. Həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib. Məlumata görə, saxlanılan şəxs bundan əvvəl də 37 il məhkumluq həyatı yaşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə