Yevlaxda qətl hadisəsi baş verib

Yevlaxda qətl hadisəsi baş verib

Yevlax rayonunun Xaldan kəndində qətl hadisəsi baş verib. Report xəbər verir ki, tanışlar arasında bayram qonaqlığından sonra mübahisə düşüb.

Nəticədə əvvəllər məhkumluq həyatı yaşamış, 1958-ci il təvəllüdlü Xaldan kənd sakini Rzayev Mahir Tahir oğlu sərxoş vəziyyətdə öz tanışı, 1973-cü il təvəllüdlü Birinci Salamabad kənd sakini Yusifov Xəyal Neman oğlunu bıçaqlayıb. Yaralı kəskin qanitirmədən keçinib. Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə