Ər və arvad yaşadıqları mənzildə naməlum şəxslər tərəfindən döyülüblər

Ər və arvad yaşadıqları mənzildə naməlum şəxslər tərəfindən döyülüblər

Lənkəran şəhərində gecə saatlarında ərlə arvad öz evlərində naməlum şəxslərin təcavüzünə məruz qalıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasından SİA-nın cənub bürosuna verilən məlumata görə, ötən gecə saat 02.00 radələrində 1960-ci il təvəllüdlü Yaşar Heybət oğlu Şərifovla, həyat yoldaşı 1961-ci il təvəllüdlü Aygün Əlihüseyn qızı Şərifova yaşadıqları Lənkəran şəhəri, A. Bağırov küçəsi, 34 ünvanında naməlum şəxslər tərəfindən döyülüblər.

Hər iki zərərçəkmiş başın çoxlu sayda kəsilmiş-deşilmiş yarası, alında, üz və boyunda hemotoma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. A.Şərifovaya müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Y.Şərifovun vəziyyəti isə hazırda orta-ağır qiymətləndirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində artıq araşdırmalara başlandığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə