Gəncədə dələduzluqla məşğul olan qardaşlar həbs olunub

Gəncədə dələduzluqla məşğul olan qardaşlar həbs olunub

Gəncə şəhərində vətəndaşlardan pul və avtomobil alaraq sonradan borcunu qaytarmaqdan imtina edən şəhər sakinləri həbs olunub. Polis İdarəsinin əməkdaşlarının zərərçəkənlərin şikayəti əsasında apardığı əməliyyat tədbirləri nəticəsində Əliyev Cavid və Əliyev Aytin qardaşları tutulub.

İdarənin müstəntiqi Qurban Qubanovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, məsuliyyətə cəlb olunan şəxslər müxtəlif vaxtlarda Zəfər Mustafayev adlı şəxsdən aldıqları "Mercedes" markalı avtomobilin pulunu ödəməkdən imtina edib.

Eyni aqibət Qorxmaz MMC-nin sahibinin də başına gəlib. Belə ki, adı çəkilən qardaşlar mağazadan ümumi dəyəri 900 mantadan artıq mal götürərək sonradan ödəniş etməkdən imtina edib. Hüquq-mühafizə orqanı əməkdaşlarının apardıqları istintaq tədbirləri nəticəsində həmçinin məlum olub ki, Aytin Əliyev digər şəhər sakini Ehtiram Fərəcovla birlikdə Xaləddin Hüseynova məxsus "Ford" markalı avtomobili alıb və pulunu ödəməkdən imtina edib.

Faktla bağlı hələlik cinayət işi açılmayıb, araşdırma aparılır. Polis saxlanılan şəxslərin digər analoji əməllərdə iştirakını araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə