Qaradağ rayonu ərazisində yerləşən 274 saylı orta məktəbdə intihar hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, məktəbin 9-cu sinif şagirdi, 15 yaşlı Firuzə Mustafayeva məktəbin 4-cü mərtəbəsindən özünü atıb. Məktəbli ərazidə olan digər şagirdlərin köməkliyi ilə təcilli xəstəxanaya aparılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Şagirdin özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB