Qadını şantaj edən Hövsan sakini tutuldu

Qadını şantaj edən Hövsan sakini tutuldu

Bakı şəhər sakini Y.Zalov paytaxt sakini olan qadından barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 500 manat alarkən saxlanılıb. DİN-dən SİA-ya verilən məlumata görə, Bakı şəhər sakini Yaqub Zalov paytaxt sakini Z.Vəliyeva (ad- soyad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 5100 manat alıb.

Martın 12-də Suraxanı rayonunun Hovsan qəsəbəsində Y.Zalov yenidən həmin qadını hədələyib 500 manat alarkən Bakı şəhər BPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə