İstanbul Atatürk Hava Limanına məcburi eniş edən “Azal”a məxsus təyyarə bu gün Bakıya qayıdıb

İstanbul Atatürk Hava Limanına məcburi eniş edən “Azal”a məxsus təyyarə bu gün Bakıya qayıdıb

İstanbul Atatürk Hava Limanına göyərtəsində tüstü yaranması ilə əlaqədar təcili eniş edən "Azərbaycan Hava Yolları" QSC-yə (Azal) məxsus "Boeing 757" tipli sərnişin təyyarəsi səhər saatlarında Bakıya qayıdıb. "Azal"ın xidmət rəisi Məhərrəm Səfərlinin SİA-ya açıqlamasında bildirib ki, hadisə nəticəsində zərər çəkən olmayıb Təyyarə texniki baxışdan keçirilib, nasazlıq aradan qaldırıldıqdan sonra, Türkiyə vaxtı ilə saat 07:25-də İstanbuldan təkrar havaya qalxıb.

 

Qeyd edək ki, bu gün Türkiyə vaxtı ilə saat 01:30-da İstanbul Atatürk Hava Limanından qalxan "Azal"a məxsus "Boeing 757" tipli J2 078 saylı sərnişin təyyarəsi 15 dəqiqə sonra yenidən hava limanına qəza enişi edib. Türkiyə xəbər portallarının məlumatına görə, buna səbəb təyyarənin göyərtəsini tüstü bürüməsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə