Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı-Sumqayıt yolunun 32-ci kilometrliyində baş verən qəzada ölüm hadisəsi qeydə alınıb.
Hadisə "Mercedes" markalı minik avtomobili sürücüsünün idarəetməni itirməsi səbəb olub. Minik avtomobili yol kənarındakı yolayrıcı lövhələrə çırpılıb. Çirpılma nəticəsində, 1973-cü il təvəllüdlü sürücü Hüseyn Ələkbər oğlu Sultanov həlak olub. Mərhumun cəsədi əzilən nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər onun cəsədini xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxararaq aidiyyəti qruma təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB