Şirvan şəhəri ərazisində mikroavtobusun "KAMAZ" markalı yük maşını ilə toqquşması nəticəsində Şirvan şəhər Mərkəzi Xəstəxanasına 13 nəfər müraciət edib. SİA-nın məlumatına görə, xəstəxanadan bildirilib ki, müraciət edənlərdən 7 nəfərin vəziyyəti normal olduğundan ambulator müalicəyə göndərilib:"Hazırda 6 nəfər xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Xəstələrin vəziyyəti normaldır, həyatı təhlükəsi yoxdur".
Xatırladaq ki, hadisə bu gün səhər saatlarında Şirvan rayonu ərazisində baş verib. Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla “KamAZ” markalı yük maşını toqquşub.
Nəticədə mikroavtobusda olan 15 sərnişindən 13 nəfər xəstəxanaya gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə