Cəlilabadda iki avtomobil toqquşub

Cəlilabadda yol qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, "Shacman" markalı yük maşını ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub.

Nəticədə minik maşınının sərnişini, 1968-ci il təvəllüdlü Vəsilə Əkbərxan qızı Abbasova xəsarət alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafİ qiymətləndirilir. Məlumata görə, hadisə " VAZ 2106" markalı minik maşını yol ayrıcında dönən zaman "Shacman" markalı yük maşınının ona çırpılması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə