Daşkəsən sakini intihar edib

Daşkəsən sakini özünü asaraq intihar edib. APA-nın Qərb bürosunun məlumatına görə, hadisə dünən axşam Daşkəsən şəhərində qeydə alınıb. Rayon sakini 1991-ci il təvəllüdlü Həsənov İlkin Şahin oğlu yaşadığı evdə özünü qaz şlanqı ilə asaraq intihar edib.

Yaxınları bildiriblər ki, İ. Həsənov intihar etməzdən əvvəl içkili vəziyyətdə olub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır

Bütün xəbərlər Facebook səhifəmizdə