Əkiz qardaşların silsilə oğurluqlarına son

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən 3 nəfərdən ibarət oğru dəstə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onların rayonun Köhnəxaçmaz kənd sakinləri əvvəllər məhkum Əziz Hacıbalayev, Ruslan Hacıbalayev və sonuncunun əkiz qardaşı Kamran Hacıbalayev olduğu müəyyən edilib.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların dekabrın 31-dən cari ilin ferval ayının 22-dək olan müddətdə rayon ərazisində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsuz 3 fərdi evdən, 1 mağaza və 1 iaşə obyektindən televizor, su nasosları, müxtəlif məişət əşyaları və texniki vasitələr, su qızdırıcısı, müxtəliv növ tütün məmulatları və ərzaq məhsulları oğurlamaqla sahiblərinə xeyli miqdarda maddi ziyan vurduqları məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə