Daxili İşlər Nazirliyi Xaçmazda baş verən kütləvi zəhərlənmə ilə bağlı açıqlama yayıb
Azərbaycan Daxili İşlər Nazirliyi Xudatda baş verən kütləvi zəhərlənmə barədə açıqlama yayıb. Nazirliyin rəsmi internet səhifəsinə istinadən SİA məlumat verir ki, 45 nəfər qidadan zəhərlənmə ilə xəstəxanaya müraciət edib. Hadisə oktyabrın 27-də Xudat şəhərindəki "Qala" şadlıq sarayında şəhər sakini Amaliya Alanovanın toy məclisində baş verib. Toy Məclisdə iştirak etmiş qonaqların 45 nəfəri qidadan zəhərlənmə ilə xəstəxanaya müraciət ediblər. Onlardan 19 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərinin vəziyyətləri qənaətbəxşdir. Qeyd edək ki, zəhərlənməyə səbəb olan yemək "paytaxt salatı" adlı salat növü olub. Qeyd edək ki, zəhərlənənlərin 13 nəfəri Kürdəmir rayon sakinləridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB