Oğuzda baş verən oğurluğun üstü açılıb

Oğuzda baş verən oğurluğun üstü açılıb

Oğuzda avtomobil hissələrini oğurlayan şəxs saxlanılıb. DİN-dən SİA-ya verilən məlumata görə, saxlanılan şəxs fevralın 24-də və 26-da Oğuz rayonu ərazisində 1 traktordan və 1 “KamAZ” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Calud kənd sakini, əvvəllər məhkum olunmuş Ceyhun Quliyevdir.

Ceyhun Quliyev Oğuz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə