Liftdə köməksiz qalan 2 nəfər xilas edilib

Liftdə köməksiz qalan 2 nəfər xilas edilib

Paytaxtda liftdə köməksiz qalan 2 nəfər xilas edilib. SİA-nın verdiyi məlumata görə, böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək edib.

Əməliyyat başa çatıb. ​

Bütün xəbərlər Facebook səhifəmizdə