Xəzər rayonunda ev yanıb

Bakıda yanğın qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 200 m2 olan birmərtəbəli mansarda tipli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə