Narkoloji Mərkəzdə yanan 25 nəfərin meyiti ailələrinə təhvil verildi
Martın 2-də Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın zamanı həlak olan şəxslərin hamısının meyitləri ailə üzvlərinə təhvil verilib. SİA-nın verdiyi məlumata görə, bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinin rəhbəri Tahir Əhmədov məlumat verib.
Onun sözlərinə görə, meyitlərin ailə üzvlərinə təhvil verilməsi prosesi analizlərdən sonra həyata keçirilib:
"Tanınmaz halda olan meyitlərdən DNK analizləri götürüldü, kimlikləri təstiqlənəndən sonra ailələrinə təhvil verildi".
Xatırladaq ki, martın 2-də səhər saatlarında Respublika Narkoloji Mərkəzdə baş verən yanğın nəticəsində 25 nəfər yanaraq ölüb, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən Bakı şəhər sakini Məhəmməd Məmmədov saxlanılıb və barəsində həbs-qəti imkan tədbiri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB