Abşeronda yanğın olub

Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb. FHN-dən SİA-ya verilən məlumata görə, rayonun Saray qəsəbəsində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin hamam otağının lambirdən ibarət tavanı 7 m2 sahədə və 1 ədəd plastik qapı yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 7 m2sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə