Paytaxtda sərnişin avtobusu minik maşını ilə toqquşub - QƏZA

Paytaxtda sərnişin avtobusu minik maşını ilə toqquşub - QƏZA

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, hadisə bu gün saat 14.00 radələrində, Sabunçu-Maştağa yolunda, Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 198 saylı sərnişin avtobusu yolun əks istiqaməti ilə hərəkət edən "VAZ-2106" markalı minik maşını ilə toqquşub. Sərnişin avtobusu daha sonra yol kənarındakı evin hasarına çırpılıb.

 

Qəza nəticəsində 10-dan çox şəxs xəsarət alıb. Yaralılar 3 saylı Sabunçu xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyəti orta-ağırdır. Hazırda faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə