Qaxda ağır yol qəzasında ölən və yaralananların kimliyi məlum olub

Qaxda ağır yol qəzasında ölən və yaralananların kimliyi məlum olub

Dünən Qaxda ağır yol qəzaslnda ölən və yaralananların şəxsiyyəti məlum olub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə zamanı Qax rayonu Əlibəyli kənd sakini Akati Emraşvili ölüb, daha 6 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Belə ki, Qax rayonu, Əlibəyli kənd sakini, 20 yaşlı Laşa Sioşvili rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 1982-ci il təvəllüdlü Qita Dikaşvili, 1980-cı il təvəllüdlü Naia Emraşvili, 1977-ci il təvəllüdlü Laşa Andraşvili, 1991-ci il təvəllüdlü Qiorqi Barxaşvili və 2014-cü il təvəllüdlü Nikolas Emraşvili isə həmin xəstəxananın cərrahiyə şöbəsində müalicə alırlar. Faktla bağlı araşdırma davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə