Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-nin saytında yer alan xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1942-cı il təvəllüdlü İbrahimov Ənvər Səlim oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB