Cəlilabad rayonunda 25 yaşlı gənc döyülüb. "Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Emin Əjdər oğlu Əmirov döyülüb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı tanıdığı şəxslər tərəfindən döyüldüyünü açıqlayıb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə