Qohumların mübahisəsi qanla nəticələnib

Qohumların mübahisəsi qanla nəticələnib

Astara rayonunda bıçaqlanma hadisəsi baş verib. Astara Rayon Polis Şöbəsinin baş müstəntiqi Elman Quliyevin SİA-nın cənub bürosuna verdiyi məlumata görə, Xəzər dənizinə gedən torpaq yolda Şahağacı kənd sakinləri, yaxın qohumlar, 1982-ci il təvəllüdlü Əhədov Turac Həsəndaş oğlu ilə 1964-cü il təvəllüdlü Əsədullayev Xanoğlan Müseyib oğlu arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə qanla nəticələnib.

Mübahisə zamanı Xanoğlan Əsədullayev əlində olan bıçaqla Turac Əhədova bir neçə bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan Turac Əhədov yaxınları tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və üzərində dərhal cərrahi əməliyyat aparılıb.

Hazırda xəstənin vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə