Güc qurumlarının rəsmiləri yanğın baş verən Narkoloji Mərkəzə gəldilər (YENİLƏNİB)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı hadisə yerinə gəlib.

SİA-nın məlumatına görə, hadisə yerinə, həmçinin respublikanın daxili işlər naziri Ramil Usubov, Baş prokurorun müavini Rüstəm Usubov və Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov gəlib.

Hazırda hadisə yerinə baxış keçirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində güclü yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb edilib və yanğın söndürülüb.

Qeyd edək ki, hadisə nəticəsində 3 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə