8 türk hərbçisi həlak olub

Türkiyənin Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində 8 türk hərbçisi həlak olub.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında məlumat verilib.

Bəyanatda deyilir: "Əməliyyat çərçivəsində 8 hərbçi həlak olub, 13 hərbçi isə yaralanıb".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə