Bakıda sərnişin avtobusu piyadanı vurub öldürüb. Məlumata görə, hadisə martın 1-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
"BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 3 saylı marşrut üzrə sərnişin daşıyan avtobus hərəkətdə olarkən "Koroğlu" parkı ərazisindən yola çıxan qadını vurub. Hadisə nəticəsində vurulan qadın - 1956-cı il təvəllüdlü Bayramova Həqiqət Əbdülhüseyn qızı yerindəcə dünyasını dəyişib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, hadisə piyadanın səhlənkarlığından baş verib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə