Həmkəndlisini yaralayan şəxs saxlanılıb

Həmkəndlisini yaralayan şəxs saxlanılıb

Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən rayon sakini Rauf Niyazov bud nahiyəsindən qırma yarası ilə xəstəxanaya gətirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Tural Qurbanov saxlanılıb, onun yaşadığı evin zirzəmisinə baxış zamanı “İJ-12” markalı tüfəng aşkar edilərək götürülüb.

RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə