Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı yeni məlumat açıqlanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Zeytun budağı" əməliyyatında bu günədək 2184 terrorçu zərərsizləşdirilib. Qeyd olunub ki, ötən gün PYD, YPG və İŞİD terror təşkilatlarının 101 üzvü məhv edilib. Əməliyyat müddətində Afrində 113 yaşayış məntəqəsi azad edilib.
Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB