Prokurorluq orqanlarına işə qəbulla bağlı test imtahanı keçirilir

Prokurorluq orqanlarına işə qəbulla bağlı test imtahanı keçirilir

Fevralın 28-də Baş Prokurorluq Dövlət İmtahan Mərkəzi ilə birgə Bakı İdman Sarayında prokurorluq orqanlarına işə qəbulla bağlı növbəti test imtahanı keçirir.

Prokurorluq orqanlarında işə qəbul ümummilli lider Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün təşkil edilir.

Müsabiqənin ilkin mərhələsi olan test imtahanı saat 10:00-da başlayıb və üç saat müddətində davam edəcək.

SİA xəbər verir ki, imtahanın tam şəffaf və aşkarlıq şəraitində, beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə tədbiri müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri müşahidə edirlər.

İşə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən 481 nəfərin namizədliyi qeydə alınıb.

İmtаhаndа nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunub. Müsabiqə qaydalarına uyğun olaraq test imtahanında 70 və dаhа çох bаl toplayacaq namizədlər müsabiqənin növbəti mərhələsinə burахılacaqlar.

Qeyd edək ki, imtahanının nəticələri barədə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə