Göyçayda 25 yaşlı oğlan bıçaqlandı

Göyçayda 25 yaşlı oğlan bıçaqlandı

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Qarayazı kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü Musayev Asif Munasib oğlu naməlum şəraitdə bıçaqlanıb.

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə