Cəlilabadda iki qardaş döyülüb

Cəlilabad rayonunda dava baş verib. "Report"un Aran bürosu xəbər verir ki, hələlik məlum olmayan səbəbdən düşən dava zamanı iki qardaş - rayonun Privolnoye kənd sakinləri - 1979-cu il təvəllüdlü Surac Məhərrəm oğlu Məmmədov və 1984-cü il təvəllüdlü Tural Məhərrəm oğlu Məmmədov döyülüblər.

Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə