Türkiyə ordusu Afrin bölgəsinə daxil olub

Türkiyə ordusu Afrin bölgəsinə daxil olub

Türkiyənin xüsusi təyinatlıları Suriyanın Afrin bölgəsinə daxil olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Qaziantep şəhərinin İslahiye rayonunda toplanan jandarma və xüsusi təyinatlı dəstələr Kilisin Gülbaba və Hatayın Hassa sərhədindən Afrinə giriblər.

Onlar azad olunan kənd və qəsəbələrə PYD terrorçularının sızmasına imkan verməməklə yanaşı, təmizlənən ərazilərdə sabitliyi və təhlükəsizliyi qoruyacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə