Tovuzda iki avtomobil toqquşub

Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb.

Hərəkətdə olan iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri, Abulbəyli kənd sakini 1981-ci il təvəllüdlü Yusibov Cavanşir xəsarət alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona tibbi yarıdm göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə