Lerikdə torpaq sürüşməsi baş verib

Lerikdə torpaq sürüşməsi baş verib

Lerik rayonunda torpaq sürüşməsi baş verib. Son günlərdə rayona yağan güclü yağışlar dağətəyi ərazilərdə torpaq sürüşmələrinə təkan verib. Lerik rayon FHK sədri Habil Məlikovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, sürüşmələrdən biri Lerik rayon mərkəzindən təqribən 50 km aralıda yerləşən Bürsülüm kəndinin üst hissəsində qeydə alınıb. Bu barədə Nazirlər Kabineti məlumatlandırılıb.

Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin mütəxəssisləri əraziyə baxış keçirib. 5 hektar ərazidə sürüşmə baş verdiyi təsdiqlənib və ərazi nəzarətə götürülüb. Hələlik sürüşmə passiv olsa da, yağışlı havalarda intensivləşəcəyi istisna edilmir.

Qeyd edək ki, sürüşmə nəticəsində 3 tikilidə çatlar yaranıb. Əlavə edək ki, Bürsülüm kənd ərazi vahidliyinin tərkibinə 8 kənd daxildir. Burada 1500-ə qədər əhali yaşayır. Kənd sakinlərinin sözlərinə görə, sürüşmə sentyabrın 15 – dən başlayıb. Sürüşmə zonası isə təqribən 5 hektar ərazini əhatə edir. Əgər sürüşmə intensivləşərsə 15-ə qədər evə ziyan dəyə bilər. Artıq bəzi evlərdə çatlar müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə