Qax rayonunda 28 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb. "Report"un Şimal-qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində, Nizami Gəncəvi adına parkda baş verib. Belə ki, Rüfət adlı şəxs bıçaqlanan gəncin atası Hilal Əliyevlə mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib. Atasının təhqir olunduğunu eşidən Nüsrət Əliyev hadisəyə müdaxilə edib. Bu zaman Rüfət ona bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.
Hadisəni törədən şəxs Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB