DİN Jurnalist Şahin Ağabəylinin ölümü ilə nəticələn yol qəzası ilə bağlı rəsmi məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) Jurnalist Şahin Ağabəylinin ölümü ilə nəticələn yol qəzası ilə bağlı rəsmi məlumat yayıb. DİN-dən SİA-ya verilən xəbərə görə, oktyabrın 27-də saat 09.00 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində "Yeni Çağ" qəzetinin baş redaktoru, Xırdalan şəhər sakini Aqil Fərəcov idarə etdiyi "Nissan-Tiida" markalı avtomaşını aşırıb. Nəticədə xəsarət almış sərnişin, "Milli yol" qəzetinin redaktoru, Neftçala rayon sakini Şahin Ağabəyli xəstəxanaya aparılarkən yolda ölüb.
A.Fərəcovun özü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hazırda Aqil Fərəcovun vəziyyəti orta-ağırdır.
Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işinin başlanılıb. DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB