Zərərsizləşdirilən terrorçuların sayı 1.595 nəfərə çatıb

Zərərsizləşdirilən terrorçuların sayı 1.595 nəfərə çatıb

Türkiyənin Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1.595 nəfərə çatıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd edək ki, son məlumatlara görə, əməliyyat müddətində 63 yaşayış məntəqəsi terrorçulardan azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə