Qutudan tapılmış qadın meyiti ilə bağlı RƏSMİ MƏLUMAT

Qutudan tapılmış qadın meyiti ilə bağlı RƏSMİ MƏLUMAT

Fevralın 16-da saat 09:00 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş qadın meyiti tapılıb. SİA-ya DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması müəyyən olunub.

O, fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib. Balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə