Qubada ev yanıb

Quba rayonunda yaşayış evi yanıb. APA-nın şimal bürosunun verdiyi məlumata, hadisə rayonun Rustov kəndində qeydə alınıb.

Kənd sakini, 1963-cü il təvəllüdlü Mülküm Cəbrayılova məxsus yaşayış evi yanıb. Yanğının söndürülməsi üçün əraziyə Quba Dövlət Yanğından Mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və geniş əraziyə keçməsinin qarşısı alınıb. Yanğının səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə