Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın verdiyi məlumata тgörə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “VAZ” markalı avtomobil yolu keçmək istəyən 1952-ci il təvəllüdlü Cəfərova Hamayıl Məmməd qızını vurub. Qadın dərhal Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB