Afrində 1551 terrorçu məhv edilib

Afrində 1551 terrorçu məhv edilib

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində 1551 terrorçu məhv edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş qərərgahı məlumat yayıb.

Məlumata əsasən, son sutka ərzində 23 terrorçu məhv edilib. Türkiyə Ordusu və "Azad Suriya Ordusu" 55-dən çox kənd və yaşayış məntəqəsində nəzarət ələ keçirilib.

Əməliyyat planlaşdırılmş şəkildə davam edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə