6 kənd terrorçulardan azad edilib

Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatında Türkiyənin 7 əsgəri yaralanıb. SİA-nın Türkiyə mətbuatına istinadən xəbərdiyi məlumata görə, Afrinin Cinderes kəndində şiddətli döyüşlər baş verib, nəticədə 7 türk əsgəri yaralanıb.

Bundan əlavə Türkiyə ordusu fevralın 15-də Afrində 6 kəndi PYD terrorçularından azad edib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə