Ağsu rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbut xidmətindən SİA-ya verilən məlumata görə, oktyabrın 25-də saat 03.30 radələrində Ağsu rayonu ərazisində rayon sakini Bəxtiyar Hacıyev idarə etdiyi "VAZ-2103" markalı avtomaşını ağaca vurub.
Nəticədə B.Hacıyev və sərnişini, Ağsu rayon sakini Elşad Mustafayev hadisə yerində ölüb. Hadisənin nə səbəbdən baş verməsi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB