Həbsxanaya narkotik maddənin keçirilməsinə cəhd olub

Həbsxanaya narkotik maddənin keçirilməsinə cəhd olub

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. SİA-nın verdiyi məlumata görə, Cinayət Məcəlləsinin 206.4; 234.4.1; 234.4.2; 234.4.3; 315.2; 66.3; 67.1 və 234.1-ci maddələrinə əsasən 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şamilov Zöhrab Əhməd oğlunun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Sumqayıt şəhər sakini Cəfərov İlqar Südgül oğlunun üzərinə və əşyalarına baxış keçirilərkən 1,032 qram narkotik maddə - marixuana aşkar edilib.

Qeyd olunan faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə