Xəzər rayonunda yanğın olub

Bakının Xəzər rayonunda ümumi sahəsi 160 m2 olan ikimərtəbəli tikilinin yanar konstruksiyaları 26 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə