Meksikanın Xalisko ştatında yerləşən restoranların birində silahlı atışma nəticəsində 6 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nahar zamanı restorana daxil olan 10 nəfər orada yemək yeyən insanlara atəş açmağa başlayıb. 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Hadisə yerinə gələn polis əməkdaşları öldürülən şəxslərin də silahlı olduğunu aşkar ediblər. Lakin atışma qəfildən baş verdiyi üçün onlar silahlılara cavab verə bilməyiblər.
İlkin ehtimala görə, hadisə cinayətkar qrupun arasında olan şəxsi məsələyə görə baş verib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB