Bakıda yük avtomobili ofisə girib. APA-nın xəbərinə görə, Ramana-Maştağa yolunda sürətlə hərəkətdə olan “Şaqman” markalı yük avtomobili dönmə əməliyyatını düzgün yerinə yetirməyərək yoldan çıxıb və binaya çırpılıb.
Xoşbəxtlikdən qəza baş verən an “Ev alqı-satqısı ofisi”ndə işin sonu olduğundan işçilər obyektdə olmayıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Sürücü təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis cəlb olunub, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB