Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini evindən 20 min manat və 400 dolların oğurlandığını bildirib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Oğurluğun ev sahibinin bacısı Bahar Salahova tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, saxlanılıb.
Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb.
Araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB